Viyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyi Şimali Koreyanın silah zavodları üçün nüvə materialları hazırlamadığına artıq zəmanət verə bilmədiyini bildirir. Agentliyin direktoru Məhəmməd Əl Baradei Şimali Koreyanı Yongbyonda kameraların bərpa edilməsinə çağırmışdır. Bu gün Şimali Koreya Amerikanı Koreya yarımadasını müharibəyə sürüklədiyində günahlandırmış və bunu cavabsız qoymayacağına və’d vermişdir.