Accessibility links

Qroznıda hökumət binası iki güclü partlayış nəticəsində dağıdılıb - 2002-12-27


Çeçenstanın paytaxtı Qroznıda iki güclü partlayış nəticəsində azı 46 nəfər həlak olub, 70-dən çox adam yaralanıb. Xəbərlərdə bildirilir ki, kamikadzelərin hökümət binasına sürdükləri iki maşında bir tona yaxın partlayıcı maddə olub. Rusiya televiziyası binadan çıxmağa çalışan yaralıları nümayiş etdirib. Bir çox adamın binanın qalıqları altında qaldığı ehtimal edilir. Çeçen separatçıların internet səifəsində bir naməlum çeçen komandiri hücumun çeçen kamikadzeləri tərəfindən həyat keçirildiyini bəyan edib.

XS
SM
MD
LG