Accessibility links

Dağıstanda terrorçuluqda ittiham olunan qrupun məhkəməsi keçir - 2003-01-05


Dağıstan respublikasının paytaxtı Mahaçqalada keçirilmiş məhkəmədə prokuoror İmam Yaraliyev terror aksiyası həyata keçirməkdə ittham olunan qruun 7 üzvünə 8 ildən ömürlük həbs cəzasına qədər hökmlər çıxarılmasını istəyib. Prokuror qrupun lideri Zaur Akavova ömürlük həbs cəzası, qrupun digər üzvlərinə isə 8 ildən 25 ilədək cəza verilməsini istəyib. Qeyd edək ki, min 7 şəxs Dağıstanda 13 terror aksiyası həyata keçirməkdə ittiham olunurlar. Bu aksiyalara 2001-ci ildə bir neçə polis maşınına hücum və bir il bundan əvvəl Rusiyanın daxili işlər nazirliyinin hərbi qüvvələrinin 7 əsgərinin ölümülə nəticələnmiş hərbi yük maşınının partladılması daxildir. Qrupun əmrləri çeçen hərbi komandiri Rabbani Xalilovdan aldığı xəbər verilir. Rabbani Xalilov mayın 9-u Kaspiysk şəhərində hücum həyata keçirməkdə ittiham olunur. Hadisə nəticəsində 45 adam həlak olmuşdu.

XS
SM
MD
LG