Accessibility links

Cənubi Koreya Şimali Koreya ilə bağlı gərginliyi azaltmaq məqsədilə diplomatik sə’yləri davam etdirir - 2003-01-05


Cənubi Koreyanın yüksək səviyyəli şəxslərindən ibarət nümayəndə hey’əti bu gün Vaşinqtona yola düşmüşdür. Rəsmi nümayəndələrdən ibarət digər qrup isə Moksvada Rusiyalı həmkarlarla görüş keçirir. Seul Şimali Koreyanın nüvə silahı proqramına dinc yolla son qoyulması yollarını axtarır. Xarici işlər nazirinin müavini Li Tae-Şik və digər rəsmi nümayəndələr Şimali Koreya problemini müzakirə etmək üçün bu gün Birləşmiş Ştatlar və Yaponiyaya yollanmışlar. Sabah başlanacaq danışıqların diqqət mərkəzində Seulun üç maddədən ibarət təklifi olacaq. Cənubi Koreyanın təklif etdiyi plan nüvə proqramını dayandırdıqda Şimali Koreyanın təhlükəsizliyi və yancaqla tə’min edilməsini nəzərdə tutur. Rusiyann dəstəyini almaq məqsədilə xarici işlər nazirininm müavini şənbə günündən Moskvadadır. Rusiya və Çin porblemin sülh yolu ilə həlli üçün bütün tərəflərlə əməkdaşlıq ediləcəyini və’d etmişlər. Məsələnin həllində Pxenyanın ən yaxın müttəfiqləri olan Moskva və Pekinin köməyinin əhəmiyyəti böyükdür. Xatırladırıq ki, Koreya yarımadasında gərginlik Bilrəşmiş Ştatlar və müttəfiqlər Şimali Koreyanı yanacaqla tə’min etməyi dayandırdıqdan sonra güclənmişdir. Bu qərar oktyabr ayında Vaşinqton Pxenyanın qeyri-qanuni olaraq nüvə proqramına malik olduğunu e’tiraf etməsini e’lan etdikdən sonra çıxarılmışdır. Bir neçə həftə bundan əvvəl Şimali Koreya 1994-cü il sazişinin şərtlərinə əsasən sıradan çıxarılan nüvə kompleksini yenidən işə salmışdır. Kommunist Koreya habelə plutonium istehsal emək qabiliyyətinə malik nüvə obyektində yoxlama aparan BMT müfəttişlərini ölkədən çıxarmışdır. Pxenyanın bildirdiyinə görə, Vaşinqton hücum etməmək haqda müqaviləni imzalamadığı üçün o özünü müdafiə etmək məqsədilə nüvə silahına malik ola bilər. Birləşmiş Ştatlar isə Şimali Koreyaya hücum etmək planları olmadığını bildirir. Bununla belə, Ağ Ev “nüvə şantajı” davam edənədək Pxenyanla danışıqlar aparılmayacağını bəyan edir.

XS
SM
MD
LG