Şimali Koreya beynəlxalq ictimiayyət sanksiyalar tətbiq etdiyi halda, müharibə olacağı ilə hədələyib. Pxenyanın bugünkü bəyanatı dünən Beynəlxalq Atom Enerjisi agentliyinin kommunist hökumətə nüvə proqramlarına son qoymaq üçün sonuncu imkanın verilməsini deməsindən sonraya təsadüf edir. Agentlik bildirib ki, Şimali Koreya yolundan dönməsə, məsələ iqtisadi sanksiyalar tətbiq edə biləcək BMT-nin Təhlükəsizlik Şurasında həll olacaq. Şimali Koreyanın rəsmi xəbələr agentliyi buna cavab verərək bildirib ki, sanksiyalar muharibə deməkdir. Şimali Koreya Birləşmiş Ştatları kommunist dövləti təcrid etmək üçün sanksiyaların tətbiq edilməsinə çalışmaqda ittiham edir və Amerikanı müharibə deyil, dialoq yoluna çağırır.