Accessibility links

Kiprin yunan və türk hüquqşünas ekspertlərinin görüşü oldu - 2003-01-07


Kiprin yunan və türk nümayəndələrindən ibarət hüquqşunas ekspertlər adanın bölünməsinə son qoyulduqda qəbul ediləcək ümümi qanunları müzakirə etmək üçün görüş keçiriblər. Bu, Avropa Birliyinin Kipri öz sıralarına də’vət etməsindən sonra keçirilən ilk belə görüşdür. Ekspertlər Avropa Birliyinin fevralın 28-i sazişinin əldə olunması üçün müəyyən etdiyi son tarixdən əvvəl görüşlərin gündəliyi barədə razılıq əldə ediblər. Çərşənbə və cümə günləri müzakirə ediləcək məsələlər arasında beynəlxalq konvensiyalar və ümümi qanunlar barədə məsləhətləşmələr durur. Kiprin yunan nümayəndəsi ilk görüşün yaxşı keçdiyini bildirib.

XS
SM
MD
LG