Accessibility links

BMT müfəttişi İraqın hesabatını natamam adlandırır - 2003-01-09


BMT-nin silahlar üzrə baş müfəttişi Hans Bliks İraqın bu yaxınlarda təqdim etdiyi hesabatın natamam olduğunu və orada bir sıra suallara cavab verilmədiyini bildiib. Bununla belə, cənab Bilks əlavə edib ki, Bağdadın kütləvi qırğın silahları istehsalına dair hələlik dəlillər yoxdur. Hans Bliks və onun həmkarı, nüvə silahları üzrə baş müfəttiş Məhəmməd Baradey bu gün BMT-nin baş katibi ilə görüşərək İraqın təqdim etdiyi 12 min səhifədən ibarət hesabatla bağlı fikir mübadiləsi aparmışlar. Bundan öncə, İraq hesabatın natamamam olmadığını bəyan etmişdir.

XS
SM
MD
LG