Birləşmiş Ştatlar və Britaniya Körfəz regionuna daha çox hərbi qüvvə yerləşdirdiyi bir vaxt BMT müfəttişləri İraqda qadağan olunmuş kütləvi qırğın silahlarının axtarışını davam etdirirlər. Bu gün müfəttişlərdən ibarət bir neçə qrup Bağdaddan şimalda iki hərbi obyektdə, habelə kimyəvi və bioloji silahların mövcudluğa dair dəlil axtararaq ölkənin müxtəlif yerlərində əczaçılıq və tibb şirkətlərində olmuşdur. Bu arada, Britaniyanın hərbi təyyarə daşıcıyısı H-M-S Royal Londonun bildirdyi kimi, son 20 ildə hərbi dəniz qüvvələrində ən böyük missiyanı yerinə yetirmək üçün İngiltərəni bu gün tərk edib. Bu, Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfildin dünən 35 min nəfəri İraqla mümkün müharibə başladığı təqdirdə orduya çağırmasından sonraya təsadüf edir.