Accessibility links

Kipr türkləri liderləri BMT-nin planını qəbul etməyə çağırılar - 2003-01-14


On minlərlə Kipr Türkü Nikosiyanın Türk hissəsində nümayiş keçirərək BMT-nin Kiprlə bağlı sülh planını himayə etdiklərini bildirmişlər. Türklər Kipr əhalisinin təqribən dördə bir hissəsini təşkil edirlər. Nümayişdə iştirak edən 50 min nəfər Kipr Türk icmasının beynəlxalq təcridinə son qoyulmasına çağırmışlar. Nümayişə görə şəhərdə mağazakar və məktəblər bağlanmışdır. Bu, Kiprin Türk və Yunan icmalarının liderlərinin növbəti görüşündən bir gün əvvələ təsadüf edir. Görüşdə BMT-nin adanın Türk və Yunan hissələrinin birləşdirilməsi haqda planı müzakirə ediləcək. Kipr Türk icmasının prezidenti Rauf Denktaş BMT-nin planının əleyhinə olduğunu bildirir.

XS
SM
MD
LG