Accessibility links

İraq prezidenti Səddam Hüseyn Birləşmiş Ştatların hər bir hücumuna müqavimət göstərəcəyinə and içmişdir - 2003-01-17


Səddam Hüseyn İraq xalqına müraciət edərək, qılınc və silahlarını qaldırmağa, Amerikanın başçılıq edəcəyi hərbi əməliyyatlara hərbi və mülki müqavimətə səsləmişdir. O, bütün işğalçıların Bağdad darvazalarında məğlub ediləcəyinə and içmişdir. İraq lideri dövlət televiziyası ilə yayımlanan və 1991-ci il Körfəz müharibəsinin başlanğıcının ildönümünə təsadüf edən çıxışı zamanı demişdir ki, Amerika həmin müharibə vaxtı İraq üzərində zəfər çala bilmədi. Amerika keçmiş səhvlərindən dərs almağı da öyrənməmişdir. Səddam Hüseynin çıxışı Birləşmiş Ştatlar və Britaniyanın hərbi qüvvələrinin İran körfəzinə yerləşdirildiyi və BMT-nin silah müfəttişlərinin kimyəvi silah daşıma qabiliyyətinə malik olan boş başlıqlar aşkar etmələrindən bir gün sonra edilmişdir. İraqın rəsmi nümayəndələri bu başlıqların olduqca köhnə, istifadə üçün yararsız olduqlarını və yaddan çıxdıqlarını e’lan etmişlər. Birləşmiş Ştatlar isə öz rekasiyasını bildirmədən öncə daha artıq təfərrüat əldə etmək istəyir. Amerikanın bir rəsmi nümayəndəsinin bildirdiyinə görə başlıqlar yoxlanışa aparılmışlar. Prezident Buş dəfələrlə birldirmişdir ki, Bağdad kütləvi qırğın silahlarından əl çəkməsə, İraqa hərbi qüvvə göndəriləcək. Bütün bunlala yanaşı BMT-nin silah müfəttişləri qadağan edilmiş silahların axtarışını davam etdirilər. Röyter xəbər agentliyinin mə’lumatında deyilir ki, bu gün təftiş hey’əti Bağdad ətraflarındakı 3 obyekdə yoxlanış aparmışlar.

XS
SM
MD
LG