Birləşmiş Ştatların İraqa qarşı mümkün hərbi hücumuna etiraz olaraq, dünya miqyasında iki gün davam edəcək nümayişlər Yaponiyada başlayıb. Tokioda və əlavə iki şəhərdə nümayişlər dinç şəkildə keçirilib. Bu gün və sabah Avropa, Latın Amerikası və Yaxın Şərq və Birləşmiş Ştatlarda nümayişlər keçirilir. Payıtaxt Vaşingtonda və Florida ştatının Tampa şəhərində sülh naminə nümayişlər artıq başlayıb. Bir neçə saat sonra isə San-Fransiskoda e’tiraz nümayişləri keçiriləcək.