Rusiyanın Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Pxenyanda ölkə liderlərinə Şimali Koreya ilə nüvə böhranının həllilə bağlı planı təqdim edib. Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Losyukov bazar ertəsi cavab alacağına inandığını bildirib. Plan Şimali Koreyanın yarımadanın nüvə silahından azad olacağı prinsipinə əməl etdiyi təqdirdə, təhlükəsizlik qarantiyalarının verilməsi və enerji yardımının ediməsini nəzərdə tutur. Birləşmiş Ştatların Cənubi Koreyadakı səfiri Tomas Habbard bildirib ki, Vaşinqton ərzaq yardımından daha artıq yardım göstərməyə hazırdır və Şimali Koreya Amerikanın nüvə silahları ilə bağlı narahatlıqlarını nəzərə alsa, ölkə ilə iqtisadi əməkdaşlıq apara bilər. Şimali Koreya mətbuatı isə yazır ki, böhranın həlli BMT-nin vasitəçili ilə deyil, yalnız Birləşmiş Ştatlarla birbaşa danışıqlar aparılsa mümkündür.