Accessibility links

Amerikalılar Martin Lüter Kinqin xatirəsini anır - 2003-01-20


Bu gün Birləşmiş Ştatlarda tanınmış insan hüquqları müdafiəçisi Matin Lüter Kinqin xatirə günüdür. Afrika mənşəli Amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən doktor Kinqun bu il 74 yaşı tamam olacaqdı. Martin Lüter Kinq 1964-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdü, bundan dörd il sonra o qətlə yetirilmişdir. Prezident Buş Merilend ştatının Landover şəhərciyində Afrika mənşəli Amerikalılara məxsus baptist kilsəsində doktor Kinqin xatirəsinə həsr olunmuş anım mərasimində iştirak etmişdir. Corc Buş demişdir ki, doktor Kinqin Birləşmiş Ştatlarda bərabərlik haqda arzuladıqlarını tam həyata keçirmək üçün hələ də görülməli kifayət qədər iş var.

XS
SM
MD
LG