Britaniyanın baş naziri Toni Bleyer Britaniyanın terror hücumlarına mə’ruz qalmasının yalnız vaxt məsələsi olduğunu demişdir. Bu gün parlament üzvləri qarşısında çıxış edən baş nazir Britaniyadakı son həbsləri terror şəbəkələrinin dünyanın başqa yerlərində olduğu kimi Britaniyada da mövcud olduğuna əyani sübut adlandırmışdır. Baş nazir Bleyer demişdir ki, terrorçu qruplar və kütləvi qırğın silahları arasında əlaqə olduğunun göstərilməsi olduqca mühümdür. O, İraqın nüvə silahları daxil edilməklə, kütləvi qırğın silahları istehsal etdiyinə dair işarələr olduğunu da vurğulamışdır.