Accessibility links

BMT-nin silah müfəttişləri silahların axtarışını davam etdirirlər - 2003-01-24


Silah müfəttişləri Bağdaddan 60 km-lik məsafədə yerləşən kimya şirkəti Əl Qaqaada olmuşlar. Noyabr ayından-müfəttişlərin İraqa qayıtmalarından bəri bu obyekt dəfələrlə yoxlanmışdır.Qeyd edək ki, bazar ertəsi müfəttişlər son 8 həftə ərzində apardıqları və heç bir açıqlama vermədikləri yoxlanışları haqda BMT-nin Təhlükəszlik Şurasına ilk hesabatlarını verməlidirlər. Dünən Birləşmiş Ştatların müdafiə nazirinin müavini Pol Volfivits müfəttişlərlə özəl müsahibə keçirən hər bir alim və onların ailə üzvlərinin qətlə yetiriləcəyi hədə-qorxusuna görə İraqı ittiham etmişdi. Bu gün “Assoşieyted Press” general Hossam Məhəmməd Aminə istinadən bildirmişdir ki, İraq alimləri razı salmağa çalışsa da, onlar özləri müsahibə verməkdən imtina etmişlər. İraq dünən Türkiyədə 6 Yaxın Şərq ölkəsinin xarici işlər nazirlərinin əldə etdikləri razılığa münasibətini bildirməmişdir. İran, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə və Misrin birgə bəyanatında İraq BMT-nin silah müfəttişləri ilə fəal əməkdaşlığa və onları qadağan edilmiş silah proqramları haqda mə’lumatla tə’min etməsinə çağırılmışdır.

XS
SM
MD
LG