Accessibility links

Israil Fələstin ərazilərini bağlamağı planlaşdırır - 2003-01-26


İsraildən alınan xəbərlərdə deyilir ki, hökumət çərşənbə axşamı keçiriləcək seçkilərədək Fələstin ərazilərini bağlamağı planlaşdırır. İsrailin təhlükəsizlik mənbələrinin bildirdiynə görə, bu addım Fələstin qruplarının israillilərə qarşı hücum hədə-qorxularından sonra atılır. Qərar İsrailin ötən gecə Qəzza zolağına reydindən sonra verilmişdir. Reyd zamanı 12 adam öldürülmüş, 50-dən artıq fələstinli yaralanmışdı. Bu, qarşıdurmanın davam etdiyi son 28 ay ərzində ən ağır hücum idi. Bütün bunlarla yanaşı, Amerikanın dövlət katibi Kolin Pouel Davos konfransı zamanı 2005-ci ildə Fələstin dövlətinin yaradılmasının mümkünlüyündən danışmışdır. O demişdir ki, Birləşmiş Ştatlar gələn ay və illər ərzində Yaxın Şərq münaqişəsinin həllinə çalışacaq.

XS
SM
MD
LG