Özbəkistan prezidenti İslam Kərimov siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri genişləndirmək məqsədilə İspaniyaya üç günlük səfərə başlayır. İslam Kərimov və İspaniyanın rəsmi nümayəndələri beynəlxalq terrorizmə qarşı mübarizə və narkotik maddələr qaçaqmalçılığı məsələlərini də müzakirə edəcəklər. Səfəri zamanı Özbəkistan prezidenti İspaniya kralı Xuan Karlos, baş nazir Xose Maria Aznar, partlament üzvləri və ölkənin iş adamları ilə görüşlər keçirəcək.