Accessibility links

KOLUMBİYANIN QALIQLARI YIĞILIR - 2003-02-02


Texas ştatının şərqində və qonşu Luiziannada yaşayan sakinlər Kolumbiya kosmik gəmisinin ətrafa səpələnmiş qalıqlarının axtarışında iştirak edirlər. Bu işə Amerika ordusunun əsgərləri də qoşulub. Rəsmi dairlələr Texasın şərqində 1500 qalığı aşkar ediblər. Şatl şənbə günü texasın üzərində 60 kilometr yüksəklikdə dağılıb. Gəminin qalıqları 800 kvadrat kilomter böyüklüyündə əraziyə səpələnmişdir.

Qezaya uğrayan kosmik gemi Kolumbiyada 7 astronavt olub. Amerikalı astronavtlar Rik Hazbend, Uilyam Makkoul, Maykl Anderson, Devid Braun, Lorel Klark, Kalpana Çauladan başqa, gemide İsrailin ilk kosmonavtı, 48 yaşlı hərbi pilot polkovnik İlan Ramon da olub. Kolumbiya raketi individual xilasolma sistemleri ile techiz edilmeyib. Bundan elave, raket qezaya uğrayan zaman onun süreti ses süretini bir neçe defe üsteleyirmiş. Prezident Buş 3 gün ərzində bütün federal binalarda ABŞ bayrağının aşağı endirilməsinə göstəriş verib.

NASA nümayendeleri əhalini kosmik geminin qalıqlarına yaxınlaşmamağa çağırıblar. Çünki raketin quraşdırılması zamanı istifade edilen bezi maddeler insanın sağlamlığı üçün zererli ola biler. Qezanın sebebleri araşdırılır. Rəsmilər qezanın terror nəticəsində baş verməsi versiyasını qetiyyetle tekzib edirler. Kolumbiyanın yerden raketle vurulması versiyası da istisna olunur. Kosmik gemi ile elaqe iten zaman o yerden 60 kilometr uzaqlıqda olub. Bu ise raketle vurulma ehtimalını heçə endirir. Olaydan derhal sonra ABŞ prezidenti Corc Buş bu barede xeberdar edilib. Şeher kenarındakı Kemp-Devid rezidensiyasında istirahet eden prezident derhal Vaşinqtona qayıdıb. Buş televiziya ile Amerika xalqına müraciet edib.

İsrailde ise Kolumbiyanın qezaya uğraması milli facie kimi qebul edilib. Milli qehremana çevrilen ve “İsrailli Yuri Qaqarin” adlandırılan İlan Ramonun helak olması bütün ölkede ürek ağrısı ile qarşılanıb.

XS
SM
MD
LG