Cənab Kolin Pauel BMT- Təhlükəsizlik Şurasına İraqın tərkisilah olmadığını bildirdi və Şuraya İraqın kütləvı qırğın silahlarına malik olduğunu subut edən materialları təqdim etdi. O bildirdi ki, Səddam Hüseyn rejimi BMT-nin 1441 nömrəli qətnaməni pozmaqda davam edir. İlk olaraq Kolin Pauel Təhlükəsizlik Şurasına amerika kəşfiyyatının iraq milli qvardiyasının yüksək vəzifəli zabitləri arasında baş verən telefon danışıqlarının audiyazısını təqdim etdi. Dövlət Katibi ki, bu telefon danışıqları İraqın qanunsuz silahları BMT ekspertlərindən gizlətməsini açıq göstərir. . Daha sonra ABŞ dövlət katibi Birləşmiş Ştatların kosmosdan satelit vasitəsilə ƏLDƏ etdiyi fotoşəkilləri sübut kimi təqdim etdi. Onun sözlərinə görə bu fotolar irqın bioloji və kimyavi silahları gizlətdiyini göstərir. Fotolarda 30 -a yaxın obyektdən silahların yük maşınları ilə daşındığı nümayiş etdirilir. Kolin Pauel İraqın qərbə qaçmış yüksək vəzifəli zabitlərinin verdiyi kəşfiyyat məlumtalarını TŞ təqdim etdi.
O həmçinin qeyd etdi ki, Səddam Hüseyn şəxsən iraqlı alimlərin BMT-lə əməkdaşlığına qadağa qoyub. Cənab Pauel bildirirnb ki, İraq nüvə silahının 2 -3 komponentə malikdir. İraq 11 ölkədən aluminiy borular almağa cəhd edib. Bunlar isə uranın inkişaf etdirilməsi üçün istifadə oluna bilər. İraq 100 min ton kimyavi maddəni gizlədir. O həmçinin bildirdi ki, İraq 900 kilometr məsafəni vura biləcək raketlərə malikdir.
Pauel İraqın şimal şərqində Əl-Kaida təşkilatının fəalliyət göstərdiyini də bildirdi. Onun sözlərinə görə təqdim edilən fotolar Bağdad rejimi və Əl-Kaida arasında əlaqnin olmasını təsdiq edir. İraq həmçinin Bin Ladenin tərəfdarlandan birinə sığnacaq verib. O İraqın fələstin terrorçularına sığınacaq verməsi barədə də məlumat verdi. Kolin Pauel qeyd etdi ki, İraq bu hərəkatları ilə özünü təhükəli vəziyyətə qoyub və BMT artıq öz son sözünü deməlidir. Dövlət Katibinin bu günkü çıxışı Təhlükəsizlik Şurasının digər üzvləri Fransa, Almaniya Rusiya və Çini İraqın tərkisilah olmamasına inandırmaqdan ibarət idi. Birləşmiş Ştatlar xəbərdar edib ki, İraq könüllü tərkisilah olmasa, buna güclə məcbur ediləcək.
Cənab Pauelin çıxından sonra TŞ digər üzvləri söz aldılar. Pauelin çıxışına münasibət bildiriən Britanniyanığn xarici işlər naziri bildirirb ki, bu çıxış Britaniyanın narahatçılığını təsdiq etmişdir. Cənab Cak Strou Bağdadın BMT qətnaməsini yerinə yetrirmədiyini bəyan etdi. Rusiyanın xari işlər naziri İqor İvanov isə Povelin təqdim etdiyi informasiyaların ciddi şəkildə öyrənilməsinə çağırdı, lakin BMT təftişinin davam etdirmək üçün müffətişlərə əlavə vaxt ayrılmasını tələb etdi.