Accessibility links

Rusiya və Fransa İraq böhranının diplomatik yolla həllinə çağırırlar - 2003-02-06


Kremlin verdiyi mə’lumata görə, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Cak Şirak BMT-nin Təhlükəsizlik Şurasının dünənki görüşünü bu gün telefonla müzakirə ediblər. Dövlət başçıları məslənin siyasi yoola həlli barədə razılığa gəlibləar. Bundan əvvəl, Fransa və Almaniyanın liderləri BMT müfəttişlərinin İraqda silah təftişini davam etdirməsinə dəstək verdiklərini bir daha dilə gətiriblər. Fransanın xarici işlər naziri bildirib ki, İraq həqiqətən, risk təşkil edir və kütləvi qırğın silahlarla balı beynəlxalq ictimiayyətin narahatlığına səbəb olan məsələlərə aydın cavab verməlidir. Lakin bununla belə, Fransanın xarici işlər naziri ABŞ-ın dövlət katibi Kolin Pauelin BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışının təəccüb doğurmadığını və İraqın qadağan olmuş silahlara malik olmasına dair orada konkret dəlilərin olmadığını vurğulayıb.

XS
SM
MD
LG