Accessibility links

İraq könüllüləri mümkün müharibədə Amerika və koalisiya qüvvələrinə kömək edə bilərlər - 2003-02-06


İraqla mümkün müharibədə Bilrəşmiş Ştatların başçılıq etdiyi koalisiyanı dəstəkləyənlərin bir qrupu da İraq mühacirlərindən ibarətdir. Hal-hazırda İraq mühacirlərinin bir qrupu Macarıstanın Taşar kəndi yaxınlığlındakı Amerika hərbi bazasında tə’lim keçir. Yerli əhali isə tə’limləri narahatlıqla izləyir.

Budapeştdən 200 kilometr cənub-qərbdə yerləşən Taşar kəndininin sakinlərinin narahatlığını başa düşmək olar. Xəritədə kiçik bir nöqtə kimi göstərilən bu ucqar yer indi demək olar ki, dünyanın diqqət mərkəzindədir. Buna səbəb üç minə yaxın İraq könüllüsünün Birləşmiş Ştatlar və müttəfiq qüvvələri İraqa qarşı mümkün müharibəyə başladığı təqdirdə burada tə’lim keçməsidir. Könüllülər fəal döyüş qüvvələrinə daxil edilmirlər. Lakin Birləşmiş Ştatlar ordusunun mayoru Robert Sternin sözlərinə görə, proqramın bir hissəsi bə’zi könüllülərə hərbi tə’lim keçirilməsini nəzərdə tutur. “Könüllülərə müdafiə məqsədilə mübarizə aparmağın əsas yolları, bundan əlavə, İraqla hərbi münaqişə başlasa, koalisiya qüvvlərinə yardım etmək üçün tərcümə etmək və rabitə yaratmaq kimi işlər öyrədilir.”

Mayor Stern deyir ki, könülllülər Birləşmiş Ştatlar və müttəfiq qüvvələrə İraqın ərazi quruluşunu öyrənmək və mədəniyyətini dərk etmək, habelə ərəb dilini başa düşməyə kömək etmək üçün əvəzsiz rol oynacaqlar. İraq könüllüləri mühafizəçilər tərəfindən qorunur.Hər şeylə maraqlanan kənd sakinləri gözlərində qara eynək, saqqız çeynəyə-çeynəyə bir zamanlar sovet əsgərlərinin keşik çəkdiyi bazadakı Amerika mühafizəçilərinə tamaşa edirlər. Mayor Stern deyir ki, onların və vətənə qayıtdıqda aillələrinin təhlükəsizliyinin tə’min edilməsi üçün bütün tədbirlər görülüb. Könüllülər İraq müxalifətinin müxtəlif qruplarını təmsil edirlər. Mayor Stern onların arasında casusların olması fikrilə razılaşmır. Belə ki, könüllülər seçilməmişdən əvvəl onlar haqda informasiya yığılmış və yoxlanılmışdır. Bundan əlavə, tə’limdə iştirak edən könülllülər eyni dəylərləri bölüşürlər, həmfikirdirlər. “Onlar dünyanın bütün yerlərindən gəlmişlər, müxtəlif qrupları təmsil edirlər. Bu adamlar öz ailələrini, işlərini, evlərini qoyub bu proqramda iştirak etmək üçün buraya gəliblər. Onlar bir fikrə şərik olan insanlardır və onlarlın arzusu azad və demokratik İraqa qayıtmaqdır.”

Macarıstanda İraq könüllülərinin tə’lim proqramı hamı tərəfindən eyni qarşılanmır. Baş nazir Peter Medqiyessinin keçən həftə ölkənin aparıcı qəzetlərində dərc olunan bəyanatında Macarıstan və Avropanın digər yeddi ölkə başçısının Birləşmiş Ştatların İraq siyasətini dəstəklədiyi göstərilmişdi. Lakin ictimai rə’y sorğuları göstərir ki, macarların 80 faizi İraqla müharibənin əleyhinədir. Əhalinin üçdə ikisi hissəsi isə Taşarda İraqlıların tə’lim keçməsinə e’tiraz edir.

Taşar kəndinin sakinləri arasında da İraqlıların tə’lim prqoramını, dəstəkləyənlər çox deyil. Kənd məktəbinə ayrılacaq vəsaitlə bağlı qayğılara indi İraqla müharibə ilə əlaqədar narahatlıqlar da əlavə olunub. Kənd sakinləri giley edirlər ki, tə’lim proqramını Taşarda keçirmək üçün onlara heç vaxt müraciət edilməyib. Sakinlər bir suala cavab axtarırlar. Macarıstan və onların bu kiçik kəndi ümumiyyətlə, İraqla mümkün müharibəyə cəlb olunmalıdırmı? NATO-ya yeni üzvü olan Macarıstan isə tə’lim proqramını dəstəkləməklə terrorizm və kütləvi qırğın silahları ilə mübarizədən kənarda qalmadığını göstərir.

XS
SM
MD
LG