Bağdadda tərksilahla bağlı iki günlük rəsmi danışıqları başa çatdıran BMT-nin silah müfəttişləri İraqın təftiş proqramı ilə əməkdaşlığı sahəsində tərəqqinin əldə edildiyini bildiriblər. BMT-nin silahlar üzrə baş müfəttiişi Hans Bliks bu gün Bağdadda müxbirlərə İraqın kimyəvi, bioloji və raket materialları, habelə qara yara bakteriyası ilə bağlı sənədlərin ona təqdim olunduğunu deyib. Baş müfəttiş habelə İraqdan qadağan olunmuş silahların axtarışı ilə bağlı komissiyasının genişləndirilməsi haqda qarantiyalar aldığını deyib. Hans Bliksin bildiridyinə görə, o, gələn həftə İraqdan qadağan olunmuş silahların axtarışı üçün kəşfiyyat təyyarəsi U-2-nin ölkə üzərindən uçuşlarına icazə verilməsilə bağlı cavab alacaq