Accessibility links

Müharibə və İraq nefti - 2003-02-09


Müharibə əleyhdarları hesab edir ki, Birləşmiş Ştatların burada əsas məqsədi İraq neftinə nəzarəti ələ almaqdan ibarətdir. Son müsahibələrində Səddam Hüseyn məhz bu fikrin üzərində dayanmışdı: Amerika müharibəyə Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük enerji ehtiyalarına malik olan İraqın neftini ələ keçirmək üçün gedir. Çoxları Buş administrasiyasının neft sənayesi ilə yaxın əlaqələrindən çıxış edərək bu fikirlə razılaşır. Birləşmiş Ştatların neft şirkətlərinin rəhbərləri indi İraq neftilə bağlı hökumət adamları ilə danışqlar aparırlar. Danışıqlar xüsusilə müharibədən sonrakı İraq məsələsi üzərində mərkəzləşir. Amerikanın neft adamlarının müharibəyə getmək istəməməsinin yeganə səbəbi onunla izah oluna bilər ki, İraqın neft yataqları yandırıla bilər, neftin ixracı azala bilər, qiymətlər yüksələr. Biznes isə sabitliyin mövcuduluğunu istəyir. Birləşmiş Ştatların aparıcı investisiya bankı olan Qoldman Saşs bildirir ki, müharibə 1973-cü ildə ərəb-İsrail münaqişəsi zamanı olduğundan daha böyük neft böhranına gətirib çıxara bilər. Venesuelada iğtişaşlar onsuz da neft istehsalının həcminin azalmasına gətirib çıxarıb. Kembric Enerji tədqiqatları Assosiasiyasının prezidenti Deniyel Yergin deyir ki, əgər məsələ neftlə bağlıdırsa, İraq buna cavab verə bilməz. “Mən hesab edirəm ki, indi məsələyə 1920-ci illərdə olduğu kimi, müstəmləkəçi nefti zəbt etmək siyasəti bucağından baxmaq səhvdir. Dünya neft bazarı indi o vaxtın prinsiplərinə uyğun olaraq işləmir. Səddam Hüseyni devirib sonra istər orada Amerika tərəfdarı hökumət yaradılsın, ya da Amerikanın özünün gətirdiyi adamlardan ibarət hökumət təşkil edilsin, bunlardan asılı olmayaraq, bu hökumət müharibəyə İraqın neft ehtiyatlarına nəzarəti ələ keçirmək üçün gedir, çünki əsas mənfəət elə bundan ibarət olacaq.”

Mütəxəssislər belə bir xəbərdarlıq da edirlər. Birləşmiş Ştatlar iqtisadi deyil, özünün geosiyasi maraqlarının tə’min olunması üçün bu müharibəyə getdiyinə inanır. Amerika Körfəz regionunun dövlətlərinə tə’sir göstərmək istəyə bilər, amma dövlətləri öz nəzarəti altında saxlamağı istəmir. Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel xüsusi virğulmamışdır ki, İraq nefti İraq xalqına məxsusdur. Dövlət katibinin dediyinə görə, müharibədən dərhal sonra neft müəyyən müddətə xarici nəzarət altında ola bilər, amma bu, neftin İraq xalqının ixtiyarına keçməsinə hazırlıq aparmaq məqsədilə edilə bilər. Vaşinqtondakı Yaxın Şərq insitutundan təhlilçi Tomas Lipman hesab edir ki, məsələnin mahiyyəti də elə bundan ibarətdir. Birləşmiş Ştatlar İraqın öz neftinə nəzarət etməsindən qorxmur. Təhlilçinin fikrincə, müharibədən sonrakı İraqda hətta düşmən hökumət belə, Birləşmiş Ştatların ona lazım olan nefti almasına mane ola bilməz. İraq nefti dünya bazarında ümumi neftin az bir hissəsini təşkil edir.

“Fikrimcə, Corc Buş və Dik Çeyni kimi admalar başa düşürlər ki, müasir neft bazarında xam neftin mənbəyi məsələsinin əhəmiyyəti yoxdur. Sadəcə bir qlobal neft bazarı var. Biz nefti İraqdan alırıqsa, yaponlar onu İraqdan almır. Əgər biz o nefti almırıqsa, o zaman yaponlar, fransızlar, ispanlar, ya da kimin neftə ehtiyacı varsa, o, nefti İraqdan alır. Neftin mənbəyinin indi heç bir əhəmiyyəti yoxdur.”

Təhlilçinin fikrincə, İraq neftinə sahib olmaq üçün Birləşmiş Ştatlar daha asan yol seçə bilərdilər. Bunun üçün İraqın BMT müfəttişlərilə əməkdaşlıq etdiyinə dair bir sənd hazırlanardı, sanksiyalar aradan qaldırılardı və İraq nefti Amerikanın əlində olardı.

Krisçen Sayens Monitor qəzetinin müxbiri Brendan O’Nil yazır ki, müharibənin əsas səbəbi kimi nefti göstərmək köhnə adətdir. Müharibə deyən kmi, çoxları neftdən danışmağa başlayır. Bunu Amerika Əfqanıstana, Kosovoya və Somaliyə müdaxilə edəndə deyirdilər. Bir nəzəriyyə bütün hallarda tətbiq edilir. Çox vaxt adamlar fikirləşmirlər ki, müharibənin əsas səbəbi iqtisadi faktordan ümumiyyətlə asılı deyil. Nyu Yorkdakı Petrolium sənaye tədqiqatı təşkilatının prezidenti Larri Goldşteyn deyir: “Biz müharibə etməyə hazırlaşırıqsa, bunun neftlə əlaqəsi yoxdur. Amma müharibə bitəndən sonra bütün məsələlər neftlə bağlı olacaq.” Mütəxəssislər hesab edirlər ki, Səddam Hüseyn Körfəz müharibəsi zamanı Küveytdə olduğu kimi, İraqda da neft yataqlarını məhv etməyə çalışsa, ölkənin bərpası işləri çox çətinləşəcək. Buna görə də onların fikrincə, Birləşmiş Ştatların hərbi qüvvələri sabotajın qarşısını almaq üçün neft yataqlarını mümkün qədər tez ələ keçirməlidirlər.

XS
SM
MD
LG