Bu gün Ermənistanda prezident seçkiləri keçirilir. Müşahidəçilər bildirirlər ki , Dağlıq Qarabağ münaqişəsinin həllinə və Ermənistan iqtisadiyyatının tənəzzülünə baxmayaraq prezident Robert Koçaryanın 8 rəqibinə qələbə çalacağı gözlənilir. Onun ən ciddi rəqibi dörd il əvvəl parlamentə hücum edilən vaxt həlak olan tanınmış siyasi xadim Karen Dəmirçiyanın oğlu Xalq partiyasının lideri Stepan Dəmirçiyandır. O indiki hökuməti korrupsiyada ittiham edir. Ermənistan seçicilərinin çoxu bildirir ki , onlar cənab Koçaryanın siyasətindən heç də məmnun deyillər, lakin ölkənin sabitliyi naminə ona müsbət səs verəcəklər. Cənab Koçaryanın üzləşdiyi ən ciddi problemlərdən biri də, seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən izlənilməsidir. Beynəlxalq müşahidəçilər keçmişdə Ermənistanda keçirilən seçkilərin saxtalaşdırıldığını bildirmişdilər. İndi onlar bu seçkiləri izləməklə Ermənistanın demokratiya prosesinə necə qədəm qoyduğunu dəyərləndirəcəklər.