Accessibility links

İranda təyyarə qəzası nəticəsində 302 adam həlak olub - 2003-02-20


Qəza Rusiyada istehsal edilmiş təyyarənin yerə enməsinə 30 kilometr qalarkən baş vermişdir. Zahidandan Kerman şəhərinə uçan təyyarənin 18 nəfərdən ibarət hey’əti daxil olmaqla, təyyarədəki 284 inqilab keşikçisinin hamısı həlak olub. Tehran televiziyasının verdiyi mə’lumata görə, təyyarənin pilotu pis hava şəraiti və şiddətli külək barədə mə’lumat verikdən dərhal sonra təyyarə ilə rabitə itmişdir. Mə’lumata əsasən, qəzanın baş verdiyi bölgədə şiddətli qar yağmışdır. Qəzanın səbələrini araşdıran hey’ət təyyarənin bir hissəsini tapılmışdır.

XS
SM
MD
LG