Accessibility links

ABŞ Türkiyədən cavab gözləyir - 2003-02-20


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel bildirib ki, Amerika Türkiyədəki hərbi bazalardan istifadə ilə əlaqədar yardım təklifinə Türkiyədən bu günün sonuna qədər cavab gözləyir. Dövlət katibinin bildirildiyinə görə, Birləşmiş Ştatlar Türkiyəyə 20 milyard dollarlıq kredit və yardım verməyi təklif edib. Türkiyə isə İraqla mümkün müharibə nəticəsində qarşılaşa biləcəyi itkilərin kompensasiyası üçün daha çox vəsait tələb edir. Türkiyə parlamenti bugünkü sessiyasında məsələni səsə qoymamışdır. Ağ Evin nümayəndəsi Ari Flayşer bildirmişdir:”Ankaranın bizə cavab verməsi üçün az vaxt qalıb.” Mətbuat katibinin qeyd etdiyi kimi, Vaşington müharibəyə hazırlaşır və əgər Türkiyə öz bazalarından istifadəyə icazə verməsə o zaman ABŞ başqa alternatiflərə üstünlük verəcək.

XS
SM
MD
LG