Accessibility links

Vest Varvik şəhərinin gecə klubunda yanğın zamanı 80 adam həlak olub - 2003-02-21


Rod Ayland ştatında gecə klubunda baş verən güclü yanğın nəticəsində azı 80 nəfər həlak olub, 160-dən çoxu isə yaralanıb. Yanğın gecəyarsı Vest Varvikdəki klubda rok konsert zamanı baş verib. Şahidlər bildirirlər ki, yanğına səbəb qrupun səhnədə istifadə etdiyi pirotexnikası olmuşdur. Bu gün isə Nyu York Şəhərinin Staten Adasının sahilindəki Ekson neft şirkətinə məxsus obyektdə böyük yanğın baş verib. Hadisə ilə bağlı istintaq aparılır.

XS
SM
MD
LG