Accessibility links

Amerikanın Küveytdə yerləşmiş hərbi qüvvələri əməliyyatlara hazırlaşır - 2003-02-28


Birləşmiş Ştatların hərbi qüvvələri İraqla müharibə başlayan kimi, bir neçə dəqiqə ərzində silahlı qüvvələri hazır vəziyyətə gətirmək planını işləyib hazırlamışlar. Plana əsasən, ordu və dəniz qüvvələrinin hava və quru qoşunlarından ibarət qüvvələrin əsas hissəsi Küveytin şimalından hərəkət etməyə başlamalıdır. Bu ayın əvvəlindən e’tibarən Birləşmiş Ştatlar və Avropadan on minlərlə əsgər, zirehli texnika, tanklar, vertolyotlar, yuk maşınları və digər təchizat hərbi əməliyyatlara hazırlıq məqsədilə regiona gətirilib. Müşahidəçilər hesab edir ki, 12 bundan əvvəl Körfəz müharibəsi zamanı belə nailiyyət əldə olunmamışdı. Birləşmiş Ştatların ordu polkovniki Tom Kruegler Almaniyada yerləşən beşinci hərbi korpusun tərkibindədir. 1991-ci ildə regiona çatmaq üçün beşinci korpus üçün beş ay tələb olunmuşdu. Polkovnik Krueqleriun sözlərinə görə, korpusun dünyanın istənilən yerində hərbi əməliyyatlara başlaya bilməsi üçun indi bir aydan az bir müddət lazımdır. Polkovnik ümumiyyətlə hesab edir ki, Səhrada tufan əməliyyatından sonra Birləşmiş Ştatların hərbi qüvvələri ağır teznikanı daha tez və effektiv şəkildə ərazidə yerləşmək qabiliyyəti əldə etmişlər. Birləşmiş Ştatların hərbi qüvvələri yüksək sür’ətə malik təchizat gəmilərindən ibarət donanmaya mailkdir. Bu gəmilər hətta ən dayaz limanlar da daxil olmaqla, bütün limanlarda lövbər salıb yükləri boşalda bilirlər. Buna görə də, belə gəmilərin mövcudluğu Amerika ordusuna təchizat materiallarının hərbi əməliyyatlar meydanına çatdırılması işində indi böyük üstünlüklər verir. Təchizat sahəsində 1991-ci ildən sonra daha bir dəyişiklik ondan ibarətdir ki, Birləşmiş Ştatlar ordusu indi yalnız Amerikadan gətirilmiş avadanlıqdan asılı deyil. Körfəz müharibəsindən sonra Birləşmiş Ştatlar regionda, sahildə dayanamış gəmilər, habelə Küveyt və Qatardakı hərbi anbarlarda böyük miqdarda ağır texnika və başqa döyüş sursatı yerləşdirmişdi. İndi bu texnika anbarlardan çıxarılıb Amerikanın Küveytdə yerləşəən 12 hərbi bazasına çatdırılıb. Polkovnik Krueqler deyir ki, bu dəfə Birləşmiş Ştatların hərbi qüvvələri İraqla mümkün əməliyyatlara hazırlaşmaq üçün indiyə qədər heç bir orduda görünməmiş tezlik göstərirlər. Yaxın zamanlarda Amerika hərbi qüvvələrinin əlavə qüvvəsi Küveytə yetişməlidir. On minlərlə əlavə qüvvəyə Amerikanın yüksək hazırlıq görmüş 101-ci hava desantı da daxil olacaq. Desant qüvvələri Küveytə günü sabah yetişə bilərlər.

XS
SM
MD
LG