Accessibility links

Rusiya və Britaniya İraqın raketlərini məhv etməsinə fərqli yanaşır - 2003-03-01


İraqın raketlərin məhvinə başlaması ilə Rusiya və Britaniya arasında qeyri-qanuni silahla bağlı fikir ayrılığı daha da artırmışdır. Bu gün Rusiyanın xarici işlər nazirinin müavini Yuri Fyodorov İraqın BMT-nin qanunlarına zidd olan Əl Səmud-2 tipli 4 raketini məhvinə başlamasını alqışlamışdır. Bu hərəkəti müsbət inkişad adlandıran Cənab Fyodorov demişdir ki, bu, tərki-silah sə’ylərində İraqın əməkdaşlığına nümunədir. Lakin Britaniyanın xarici işlər naziri Cək Strou İraqın bunu xoş niyyətlə etmədiyini və qadağan edilmiş silahları gizlətməyə davam edəcəyini demişdir.

XS
SM
MD
LG