Accessibility links

Britaniya BMT-nin komromis qətnaməsi üzərində işləyir - 2003-03-06


Britaniya BMT-nin Təhlükəsizlik Şurasının İraqa qarşı hərbi əməliyyatlara başlamağa əsas verə biləcək yeni qətnaməni təsdiq etməsi üçün kompromis əldə edilməsinə çalışır. Komromisin dinc yolla tərksilah olmaq üçün İraqa daha artıq vaxt verilməsinin nəzərdə tutulduğu deyilir. Lakin qətnamədə ya tərksilah tələbləri yerinə yetirilir, ya da hərbi əməliyyatlar başlanılır kimi, İraq üçün son möhlət verilməli olduğu qeyd edilir. Birləşmiş Ştatlar qətnamənin dəyişdirilməsi məsələsinə hazırlığını bildirib. Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel sabah BMT müfətitişlərinin İraqla bağlı çox mühüm hesabatından əvvəl bu gün Təhlükəsizlik Şurasının üzvlərilə məsləhətləşmələr keçirib.

XS
SM
MD
LG