Accessibility links

Yerevanda etiraz nümayişləri davam edir - 2003-03-08


Bu gün Yerevanda Robert Köçəryanın yenidən prezident seçilməsinə qarşı Ermənistanın müxalifət partiyalarını dəstəkləyən minlərlə adamın iştirakı ilə etiraz nümayişi təşkil edilmişdi. Müxalifət liderləri Ermənistanın Mərkəzi Seçki Komissiyasına qarşı cinayət işi qaldırılmasını tələb edəcəklər. Xatırladaq ki, Cənab Köçəryan çərşənbə günü keçirilən prezident seçkilərinnin ikinci mərhələsində rəqibi, müxalif namizəd Stepan Demirçiyandan 2.1 faiz çox səs əldə etmişdi. Beynəlxalq müşahidəçilər deyirlər ki, seçki prossesində bir sıra pozuntulara yol verilmişdir. Vaşinqton Yerevanı seçkilərin nəticələrini yoxlamağa, müxalifət qrupları şikayətlərini dinc yolla etməyə çağırıb.

XS
SM
MD
LG