Accessibility links

İraqda artıq 40 raket məhv edilib - 2003-03-08


Iraq bir günlük istirahətdən sonra BMT-nin nəzarəti altında Əl-Samud raketlərinin məhvini yenidən bərpa etmişdir. Bundan bir neçə saat sonra prezident Səddam Hüseyn BMT-dən İraqın BMT-nin göstərişlərinə riayət etdiyi üçün 1990-cı il sanksiyalarının ləğvini tələb etmişdir. İraqın mə’lumat naziri Uday Əl-Taieyə istinad edilərək bildirilir ki, bu gün paytaxt Bağdadın şimal bölgəsində yerləşən Əl-Taci hərbi komplesində daha 6 raket məhv edilmişdir. Nazir raketlərin məhvinə dünən cümə, yə’ni istirahət günü olduğu üçün fasilə verildiyini demişdir.Beləliklə də mart ayının birindən e’tibarən məhv edilən raketlərin sayı 40-a çatmış olur. Xatırladaq ki, İraq məhvetmə prosesi başlamazdan əvvəl 100 ədəd Əl-Samud raketlərinə malik olduğunu bildirmişdi. BMT isə bu raketlərin tə’yin edilmiş 150 km-lik həddi aşa bildikləri üçün məhvini tələb edir.Assoşieyted Presin mə’lumatına görə BMT-nin silah müfəttişləri qadağan edilmiş silahların axtarışını davam etdirərək, bu gün Bağdadın cənubundakı partlayıcı maddələr istehsal edilən zavodda olmuşlar. Müfəttişlər bundan əlavə raketlərin məhv edildiyi ərazidə bunun atmosferə tə’sirlərini də müəyyən etməyə çalışırlar.

XS
SM
MD
LG