Accessibility links

İnkişaf etməkdə olan ölkələrdə orqan satışı problemi - 2003-03-08


İnkişaf etməkdə olan ölkələrdə yoxsul adamlar maddi vəziyyətlərinin yaxşılaşmasına ümid edərək daxili orqanlarını satırlar. Bu hal xüsusilə Hindistanda daha çox müşahidə olunur. Yoxsul adamlar arasında öz böyrəyini nəğd pula satanlar bununla kifayət qədər pul ədlə edəcklərini düşünürlər. Lakin Amerikanın Tibb Assosiaysının jurnalının nəşr etdiyi son araşdırmalar göstərir ki, əslində, sağlamlıqlarını təhlükə altına qoyan bu adamların maddi vəziyyəti də düzəlmir. Hər üç adamdan birinin yoxsulluq içində yaşadığı Hindistanda böyrəyinin birini verən adamlara pul təklif etməklə daxili orqanların köçürülməsi əməliyyatları getdikdə artır. Pensilvaniya ştatının tibb kollecindən doktor Madhav Qoyal vəziyyəti belə şərh edir. “Onlar hesab edirlər ki, burada hər iki tərəf qazanır. Böyrəyini satan adam pul, xəstə isə sağlam böyrək alır. Lakin buna tənqidi yanaşanların fikrincə, bu, əslində yoxsulların daha artıq istismarı deməkdir.”

Doktor Qoyal və onun həmklarları Hindistanın cənubundakı Mədrəs şəhərində 300-dən çox donorla görüşmüşlər. Bu adamlar bir böyrəyə görə 1000 dollar alıblar. İndi 6 il keçəndən sonra böyrək donorlarının nə səhhəti, nə də maddi vəziyyətləri yaxşılaşmamışdır. Doktor Madhav Qoyal. “Çoxları borclarını ödəmək üçün bunu etmişlər. Lakin böyrəklərini satdıqlarına baxmayarq, onların borcları azalmamışdır. Əslində, bu adamların gəlirləri azalmış, üstəlik səhhətləri də pisləşmişdir. İndi onlar başqa bir adama özlərinin düşdüyü vəziyyətə görə vəziyyətdə böyrəkələrini satmağı məsləhət görməzdilər.”

Doktor Qoyalın fikrincə, donorların səhhətinin pisləşməsinin bir səbəbi onunla bağlıdır ki, ağır əməklə məşğul olan həmin adamlar əməliyyatdan bir qədər sonra yenidən işləməyə başlayırlar. Amerika Tibb Assosiasiyasının araşdırmalarının nəticələri onu da göstərir ki, böyrək donorlarının çoxu qadınlardır. Doktor Qoyal bunu acınacaqlı fakt adlandıraraq deyir ki, görünür, bə’zən qadınlar orqanını satmağa məcbur etdirilirlər. Doktorun dediyinə görə, donorlarla aparılmış söhbətlər zamanı qadınların çoxu “Mən bunu etmək istəmirdim” deyirdilər.

Hindistan da daxil olmaqla, bir sıra ölkələrdə insan ölməmiş onun daxili orqanını satmaq və almaq qadağan edilmişdir. Lakin Hindistanda orqan köçürülməsi əmliyyatlarının aparıldığı xəstəxanalarda məsələyə fərqli yanaşırlar. Bunun bir səbəbi yoxsullara münasibətlə və bir böyrəyin itirilməsinin o qədər də riskli olmadığı faktı ilə bağlıdır, belə ki, sağlam orqanizmdə bir böyrək hər iki böyrəyin funksiyasını yerinə yetirə bilir. Birləşmiş Ştatlarda orqan köçürülməsi komitəsinin sədri olmuş böyrək xəsətəlikləri üzrə mütəxəssis, doktor Robert Metzqer deyir ki, Hindistan kimi, üçüncü dünya ölkələrində orqan donorlarının seçilməsi məsləsinə xüsusi diqqət yetirilməlidir. “Bilirsinizmi, bu ölkələrdə mühit və mədəniyyət Birləşmiş Ştatlarda olduğundan fərqlidir. Əgər böyrək xəstəliyi son mərhələsinə çatıbsa Amerikadan fərqli olaraq, Hindistanda, çox hallarda, bu, ölüm deməkdir, çünki orada dializ çox geniş yayılmayıb. Bundan başqa, xəstənin ölümündən sonra onun orqanın köçürülməsi əməliyyatları da çox az hallarda keçirilir. Buna görə də, sağ adamın orqanı olmasa, böyrəyi funksiyadan çıxan xəstənin yaşayacağını gözləmək olmaz.”

Doktor Metzqer qeyd edir ki, son zamanlar İranda donorların tapılması üçün fond yaradılmışdır. Proqram orqan köçürmə mərəkəzlərində həm donorlar, həm də xəstələrin vəziyyətinin ətraflı öyrənilməsini nəzərdə tutur. Belə bir proqramın İranda orqan çatışmazlığı probleminin həllinə yardım edəcəyini gözləmək olar. Bununla belə, mütəxəssislər Qərb ölkələrində sağ ikən insanların orqanlarını satmasına e’tiraz edildlyini deyirlər.

XS
SM
MD
LG