Accessibility links

İraqa qarşı müharibəyə etiraz mitinqləri davam edir - 2003-03-09


Bu gün İndoneziyanın ikinci böyük şəhəri Surabayada yüz minlərlə adamın iştirakı ilə İraqa qarşı müharibəyə e’tiraz nümayişi keçirilmişdir. Nadlatul Ulama islam təşkilatının liderləri İraq lideri Səddam Hüseyni deyil, humanizm, ədalət və dünyada nizam-intizamı dəstəklədiklərini deyirlər. Daha bir nümayiş isə Amerikanın İndoneziyanın paytaxtı Cakartadakı səfirliyi qarşısında təşkil edilmişdi. Pakistanın Ravalpindi şəhərində də bu gün on minlətlə adamın iştirakı ilə müharibə əleyhinə dinc nümayiş keçirilmişdi. Dünən Amerika, Britaniya və Avopanın müxtəlif şəhərlərində on minlərlə insan müharibəyə e’tirazlarını bildirmişdilər.

XS
SM
MD
LG