Accessibility links

Fələstin muxtariyyəti baş nazir vəzifəsini təsdiq etdi - 2003-03-10


Fələstinin Qanunvericilik Şurası yeni yaradılan baş nazir vəzifəsini təsdiq etmişdir. Nümayəndələr İsraillə sülh müzakirələri üçün zəruri hesab edilən bu vəzifəni böyük əksəriyyətlə qəbul etmişlər. Qanunvericilik Şurası baş nazirin səlahiyyətlərini müəyyən etmişdir. Baş nazir daxili məsələlər vç kabinet nazirlərinin tçyin edilməsinə cavabdeh olacaq. Fələstin lideri Yasir Ərafat bu yeni vəzifəyə Mahmud Abbası namizəd göstərmişdir.İsrail isə Qəzza bölgəsindəki Cabalya qaçqın düşərgəsi və iki şəhərdən qüvvələrini geri çəkməyə başlayıb. Xatırladaq ki, tanklar və zirehli maşınlar Qəzza zolağına ötən cümə axşamı sərhəddə yerləşən Sderot şəhəri yaxınlığına bir neçə raket atıldıqdan sonra yerləşdirilmişdi.

XS
SM
MD
LG