Rusiya, Almaniya və Fransa İraqla bağlı qarşıdurmanın diplomatik yolla həllini dəstəklədiklərini bir daha vurğulamışlar. Rusiya prezidenti Vladimir Putin İraqa qarşı müharibəyə yol açacaq qətmənin səsə qoyulması ərəfəsində etdiyi diplomatik telefon danışıqlarında bu mövqedən çıxış etmişdir. Prezident Putinin nümayəndəsinin dediyinə görə rus lideri Rusiyanın ikinci qətnamənin təsdiqinə yol verilməməsi üçün bütün səlahiyyətlərindən istifadə edəcəyini bildirmişdir. Nümayəndə demişdir ki, prezident Almaniya kansleri Qerhard Şröyderlə bu gün keçirdiyi telefon söhbəti zamanı İraq probleminin sülh yolu ilə həllinin hələ də mümkünlüyünü qeyd etmişdir. Nümayəndə cənab Şröyderin bununla razılaşdığını bəyan etmişdir. Prezident Putin bundan əlavə, Fransa prezidenti Jak Şirakla telefon söhbəti aparmış və hər iki lider BMT-nin təhlükəszlik şurasının əksər üzvünün dəstəklədiyi silahların təfitişinin davam etdirilməsi fikirini alqışlamışlar.Birləşmiş Ştatların dövlət katibi Kolin Pouel isə demişdir ki, Vaşinqton qətnamənin təsdiqinə kifayət edəcək qədər səs əldə edilməsinə yaxınlaşıb. İraq isə gələn bazar ertəsinədək qadağan edilmiş silahlara malik olmadığını sübut etməlidir.