Accessibility links

Kipr danışıqları nəticə vermədi - 2003-03-11


BMT-nin baş katibi Kofi Annan Kipr problemini həll etmək üçün son sə’ylərin baş tutmadığını bildirib. Cənab Anannın bəyanatı Haaqada Kipr prezidenti Tassos Papadopulus və Kiprin türk icmasının lideri Rauf Denktaş arasında danışıqlardan sonraya təsadüf edir. Bununla belə, Türkiyə və Yunanıstanda rəsmi nümayəndələr bir qədər sonra çıxılmaz vəziyyətdən bir çıxış yolu tapılacağına ümid bəslədiklərini ifadə ediblər. Avropa Birliyi danışıqların baş tutmasının Türkiyənin bilriyə üzvlüyü məsələsini təhlükə altına qoyacağı ilə bağlı xəbərdarlıq etmişdir. Avropa Komissiyası isə bildirmişdir ki, beynəlxalq ictimiayyətin tanıdığı Kiprin yunan hissəsilə ölkənin üzvlüyə qəbul edilməsinə bir il qalmasına baxmayaraq, gələn ay müqavilə bağlamağa hazırlaşır.

XS
SM
MD
LG