Accessibility links

Toni Bleyer parlamentə etdiyi çıxışında  İraqın müharibə ilə üzləşməməsi üçün,  6 şərti - 2003-03-12


Britaniyanın Baş Naziri Toni Bleyer parlamentə etdiyi çıxışında İraqın müharibə ilə üzləşməməsi üçün, 6 şərt irəli sürüb. Cənab Bleyerin irəli sürdüyü şərtləri arasında İraq lideri Səddam Hüseynin kütləvi qırğın silahlarından əl çəkməsi və on minlərlə litr həcmindəki qarayara maddəsinin təcili olaraq məhvi barədə televiziya ilə bəyanatı verilmişdir. Bu şərtlərə BMT-nin silah müfəttişlərinə müsahibələr vermək üçün İraq alimlərinə xarici ölkələrə səfər etmələri icazəsi də daxildir.

Baş Nazir Bleyer parlamentə etdiyi çıxışında deyib ki, o, BMT-nin Təhlükəsizlik Şurasından bu şərtləri Britaniyanın təklif etdiyi yeni qətnaməsinə əlavə etməsini istəyir. O deyib: ” Əgər biz bu şərtləri açıqlasaq və onları BMT- də birlikdə dəstəkləsək, mən müharibədən yaxa qurtarmaq imkanımızın olduğuna inanıram. Əgər Səddam Hüseyn bizimlə tam əməkdaşlıq etməsə, biz çiddi tədbirlərə əl atmalıyıq.”

Britaniyanın qanunveriçiləri Baş Nazir Bleyerdən BMT-nin qətnaməsi olmadan ölkəsinin hərbi qüvvəsini İraqla müharibəyə göndərməməyi tələb ediblər. Baş Nazir bu tələbi nəzərə alaraq bu şərtləri irəli sürüb.

Bu arada prezident Buş təklif olunan yeni qətnamənin Fransa və Rusiyanın veto qoyacaqları baxmayaraq sənədin, Təhlükəsizlik Şurasında səsə qoyulmasını istəyir.

XS
SM
MD
LG