Accessibility links

Amerikalılar artıq çəkinin yaratdığı problemlər qarşısında - 2003-03-14


Son 50 ildə amerikalıların pəhrizində kalorisi yüksək olan qida məhsulları daha çox yer alır. Problemin qarşısını almaq üçün amerikalılar idmanla daha çox məşğul olmağa və daha fəal həyat tərzi sürməyə çalışırlar. Lakin alınan bu böyük həcmdə kalorini əritmək asan deyil və buna görə amerikalılar əvvəllər müşahidə olunmamış düzgün qidalanma problemi ilə qarşılamışlar. Bu gün artıq çəki və düzgü qidalanma Amerika əhalisinin sağlamlığını risk qarısında qoyan ən ciddi fakrtorlar hesab olunur. Birləşmiş Şttalar və Danimarkada aparılan tədiqiqatların nəticələrinə əsasən, artıq çəki insan ömrünün qısalmasına gətirib çıxarır. Birləşmiş Ştatlarda Alabama və Con Hopkins universitetlərinin mütəxəssisləri tədqiqatlarını bir neçə ildir hökumətin on minlərlə insanın sağlamlığı haqda hesabatlarına əsasən aparmışlar. Amerika Tibb Assosiasiyasının jurnalının hesabatı artıq çəkinin insan ömrünün 20 ilə qədər azalmasına gətirib çıxara biləcəyini göstərir. Bu, xüsusilə 20 yaşlarında artıq çəki problemi ilə qarşılaşan adamlara aiddir. Artıq çəkisi olan Afrika mənşəli amerikalı qadınların ömrü 4, 5 ilə qədər, ağ qadınlarınkı isə 8 ilə qədər azala bilər. Kişilərə gəldikdə, bu göstəricilər belədir: ağ kişilərin ömrü 12, qara kişilərin isə 20 ilə qədər azala bilər. Alamaba universitetindən mütəxəssis Deyvid Elison: “İnsan ömrünün 12 ildən 20 ilə qədər azala bilməsini faktı təəccüb doğurur. Köklük bu insanları erkən ölüm riski qarşısında qoyur.”

Artıq çəki ürək xəstəlikləri, xərçəng xəstəliyinin bə’zi növləri, iflic, artrit və depressiya kimi bə’zi psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Amerikalıların 60 faizinin çəkisi normadan artıqdır. Artıq çəki nəticəsində yaranmış xəstəliklər və problemlər hər il 300 minə yaxın adamın ölümünə səbəb olur. Artıq çəki problemilə mübarizə etmək üçün təkcə pəhriz saxlamaq kifayət deyil. Bunun üçün yemək vərdişləri tamamilə dəyişilməlidir. Düzgün qidalanma və idmanla məşğul olmaq artıq çəkini həll etməyin ən yaxşı yolları hesab olunur. Mütəxəssis Deyvid Elison hesab edir ki, artıq çəkisi olan adamlar öz həyat tərzlərini dəyişdirmək haqda ciddi düşünsələr bu onlara çox kömək edə bilər. “Əgər onlar çəkiləri az, ya da normal olsa nə qədər yaşaya biləcəklərini fikirləşsələr bu, onlara çox böyük tə’sir göstərə bilər.”

XS
SM
MD
LG