Accessibility links

Türkiyənin səmasi Amerika və Britaniya hərbi təyyarələri üçün hələ də bağlı qalır - 2003-03-21


Türkiyə parlamenti koalisiya təyyarələrinə hava koridorunun ayrılmasına dair qərar çıxarmasına baxmayaraq Türkiyənin hava hövzəsi Amerika və Britaniya hərbi təyyarələri üçün hələ də bağlı qalır. Türkiyə və Birləşmiş Ştatların rəsmi şəxsləri Ankaranın Şimali İraqa qoşun göndərməsi tələblərini müzakirə edirlər. Bu gün Vaşinqtonda Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel bildirirb ki, o bu məsələ ilə bağlı dünən Türkiyənin baş naziri Rəcəp Tayip Ərdoğanla telefonla söhbəti edib. Cənab Pauel bildirirb ki, indiki mərhələdə türkiyə qoşunlarının Şimali İraqa girməsinə ehtiuyac yoxdu.

Türkiyə cənub sərhədlərinə mümkün qaçqın axınının qarşısı almaq üçün Kürdlərin nəzarət etdiyi regiona hərbi qüvvələrini göndərmək istəyir. Lakin Birləşmiş Ştatlar buna qəti qarşıdır. Vaşinqton türk və iraq kürdləri arasında münaqişənin yaranacağından və bunun ABŞ-ın Səddam Hüseynə qarşı hərbi kampaniyasını pozacağından narahatdır. Ankara həmçinin Birləşmiş Ştatlardan təyyarələri Türkiyə üzərindən uçamışdan əvvəl onların növü, misiyası barədə məlumat verməsini xahiş edib. Birləşmiş Ştatlar isə məlumat verilmədən hava koridoundan istifadə edilməsini istəyir. Birləşmiş Ştatların səfiri Robert Pearson bu gün səhər saat 4 qədər xarici işlər nazirliyində danışıqlarda olub. Lakin bu danışıqlar bir nəticə verməyib. Türkiyənin hava hövzəsi hələ də koalisiya təyyarələri üçün bağlıdır.

Xatırladaq ki, türklərin 94 faizi müharibənin əalyhinədir. Bu isə hökümətin Birləşmiş Ştatlarla əməkdaşlığını çətinləşdirir.

XS
SM
MD
LG