Accessibility links

Birləşmiş Ştatların İraq əleyhidnə apardığı mühairbəyə qarşı ümumdünya miqyasda e’tirazlar davam edir. - 2003-03-21


Birləşmiş Ştatların İraq əleyhinə apardığı mühairbəyə qarşı ümumdünya miqyasda e’tiraz reaksiyaları davam edir. Artıq iki gündür ki Yaxın Şərq, Avropa və Amerikanın özündə nümayişlər dayanmır.

Amerika ictimaiyyəti, ölkənin İraqa qarşı müharibəsini yekdilliklə dəstəkləmir. İraq müharibəsinə e’tiraz məqsədi ilə dünən Amerikanın 500-ə yaxın şəhərində sülh naminə şam yürüşləri və nümayişlər keçirilib. Nümayişlər Amerikanın şərq sahilindən qərb sahilinə dək yer alıb. Minlərlə nümayişçi, müharibənin başladığı təqdirdə vətəndaş itaətsizliyi aksiyalarını keçirəcəkləri barədə və’dlərini yerinə yetirib. Vaşinqton Post xəbər verir ki, Philadelphia şəhərinin mərkəzində yerləşən federal binanın girişini bağlamış 100-ə qədər nümayişçi həbs edilib. Nyu Yorkda 300-ə qədər nümayişci şəhərin mərkəzindəki Times Square meydanına toplaşaraq, avtomobil nəqliyyatını saxlayıb. Cambridge şəhərində Harvvard Universitetinin professorları və tələbələri e’tiraz aksiyaları çərçivəsində dərs otağlarını tərk edib. Oxşar aksiyalar həm də yüzlərlə digər Ali Təhsil Mərkəzlərində və məktəblərdə keçirilib. Kaliforniya Universitetinin Berkeley şö’bəsinin 1500-ə yaxın tələbə və professoru, böyük nümayiş keçiriblər. Müxtəlif miqyaslı aksiyalar həm də Minneapolis, Salt Lake City və Seattle’da keçirilib. Bu aksiyaların ən böyüklərindən biri də Chicago’da təşkil edilib. On minə yaxın adam yürüş keçirərək, şəhərin mərkəzi prospektində nəqliyyatı dayandırıb. Nümayişcilərin digər avtomagistralı bağlamalarının qarşısını almaq məqsədi ilə, oraya çox sayda polisin gətirildiyi bildirilir. Lakin, San Francisco’da keçirilmiş aksiyanın tayı-bərabəri yox idi. Vaşinqton Post xəbər verir ki, nümayişçilər, şəhərin küçələrini sözün əsl mə’nasında ələ keçirib. Səhər saat 6-dan e’tibarən küçələrə çıxmağa başlayan nümayişçilər bir saat ərzində şəhərin maliyyə kvartalındakı, həmçinin, məşhur Bay Bridge körpüsündəki nəqliyyatı tamamilə dayandırıblar. Özlərini biri birinə plastik və dəmir borularla bağlamış nümayişciləri ayırmaq üçün yanğınsöndürənlər elektrik mişarlardan istifadə etməli olub. Təkcə San Francisco’da min iyirmi beş nümayişçi həbs edilib. Həmin aksiyaların bu gün Amerikanın paytaxtı Vaşinqtonda və digər şəhərlərdə də keçirilməsi planlaşdırılıb.

İraqa qarşı müharibəyə e’tiraz aksiyaları habelə dünyanın yüzlərlə şəhərlərində keçirilib. Yunanıstanın paytaxtı Afinada 100 min nümayişçi iki gündür ki davam edən nümayişlərdə iştirak edib. Nyu York Times xəbər verir ki, Yunanıstanın həmkarlar ittifaqları tə’til keçirmək müraciəti edib. Tokyo da 11 min adam küçələrə çıxıb. Baş nazir Koizuminin Amerika prezidenti Busha dəstək verməsinə öz e’tirazlarını bildirmək məqsədi ilə, Yaponiyanın müxalif partiyalar və həmkarlar ittifaqların üzvləri də nümayişlərə qatılıblar. İraqa qarşı müharibədə əsgərlər göndərməklə fəal iştirak edən Avstraliyanın Melbourne şəhərində 5 min adam nümayişlərdə iştirak edib. Oxşar nümayişlər habelə Pakistan, Yəmən, Hindistan, Misir, Almaniya, Britaniya, Çin, və əhali baxımından ən böyük Müsəlman ölkəsi olan İndoneziyada da keçirilib. Bə’zi bölgələrdə nümayişlərin bu gün də davam etməsi gözlənilir Artıq iki gündür ki Yaxın Şərq, Avropa və Amerikanın özündə nümayişlər dayanmır. Bu barədə ətraflı mə’lumatı İsmail Cəlilov təqdim edir.

SƏS: Amerika ictimaiyyəti, ölkənin İraqa qarşı müharibəsini yekdilliklə dəstəkləmir. İraq müharibəsinə e’tiraz məqsədi ilə dünən Amerikanın 500-ə yaxın şəhərində sülh naminə şam yürüşləri və nümayişlər keçirilib. Nümayişlər Amerikanın şərq sahilindən qərb sahilinə dək yer alıb. Minlərlə nümayişçi, müharibənin başladığı təqdirdə vətəndaş itaətsizliyi aksiyalarını keçirəcəkləri barədə və’dlərini yerinə yetirib. Vaşinqton Post xəbər verir ki, Philadelphia şəhərinin mərkəzində yerləşən federal binanın girişini bağlamış 100-ə qədər nümayişçi həbs edilib. Nyu Yorkda 300-ə qədər nümayişci şəhərin mərkəzindəki Times Square meydanına toplaşaraq, avtomobil nəqliyyatını saxlayıb. Cambridge şəhərində Harvvard Universitetinin professorları və tələbələri e’tiraz aksiyaları çərçivəsində dərs otağlarını tərk edib. Oxşar aksiyalar həm də yüzlərlə digər Ali Təhsil Mərkəzlərində və məktəblərdə keçirilib. Kaliforniya Universitetinin Berkeley şö’bəsinin 1500-ə yaxın tələbə və professoru, böyük nümayiş keçiriblər. Müxtəlif miqyaslı aksiyalar həm də Minneapolis, Salt Lake City və Seattle’da keçirilib. Bu aksiyaların ən böyüklərindən biri də Chicago’da təşkil edilib. On minə yaxın adam yürüş keçirərək, şəhərin mərkəzi prospektində nəqliyyatı dayandırıb. Nümayişcilərin digər avtomagistralı bağlamalarının qarşısını almaq məqsədi ilə, oraya çox sayda polisin gətirildiyi bildirilir. Lakin, San Francisco’da keçirilmiş aksiyanın tayı-bərabəri yox idi. Vaşinqton Post xəbər verir ki, nümayişçilər, şəhərin küçələrini sözün əsl mə’nasında ələ keçirib. Səhər saat 6-dan e’tibarən küçələrə çıxmağa başlayan nümayişçilər bir saat ərzində şəhərin maliyyə kvartalındakı, həmçinin, məşhur Bay Bridge körpüsündəki nəqliyyatı tamamilə dayandırıblar. Özlərini biri birinə plastik və dəmir borularla bağlamış nümayişciləri ayırmaq üçün yanğınsöndürənlər elektrik mişarlardan istifadə etməli olub. Təkcə San Francisco’da min iyirmi beş nümayişçi həbs edilib. Həmin aksiyaların bu gün Amerikanın paytaxtı Vaşinqtonda və digər şəhərlərdə də keçirilməsi planlaşdırılıb.

İraqa qarşı müharibəyə e’tiraz aksiyaları habelə dünyanın yüzlərlə şəhərlərində keçirilib. Yunanıstanın paytaxtı Afinada 100 min nümayişçi iki gündür ki davam edən nümayişlərdə iştirak edib. Nyu York Times xəbər verir ki, Yunanıstanın həmkarlar ittifaqları tə’til keçirmək müraciəti edib. Tokyo da 11 min adam küçələrə çıxıb. Baş nazir Koizuminin Amerika prezidenti Busha dəstək verməsinə öz e’tirazlarını bildirmək məqsədi ilə, Yaponiyanın müxalif partiyalar və həmkarlar ittifaqların üzvləri də nümayişlərə qatılıblar. İraqa qarşı müharibədə əsgərlər göndərməklə fəal iştirak edən Avstraliyanın Melbourne şəhərində 5 min adam nümayişlərdə iştirak edib. Oxşar nümayişlər habelə Pakistan, Yəmən, Hindistan, Misir, Almaniya, Britaniya, Çin, və əhali baxımından ən böyük Müsəlman ölkəsi olan İndoneziyada da keçirilib. Bə’zi bölgələrdə nümayişlərin bu gün də davam etməsi gözlənilir

XS
SM
MD
LG