Accessibility links

İraqda olan müharibəyə qarşı mitinqlər davam edir. - 2003-03-22


Londonda on minlərlə adam İraqa qarşı müharibəyə e’tirazlarını bildirmək məqsədi ilə nümayişdə iştirak edib. Nümayişçilərin arasında Xristiyan və Müsəlmanların, eləcə də iri siyasi partiyaların üzvləri də olduğu bildirilir. Yürüşün təşkilatçıları, Britaniyanın iştirak etdiyi müharibəyə qarşı ən böyük e’tiraz aksiyası olduğunu bildirib.

CNN, Yəməndə müharibəyə qarşı e’tiraz aksiyaları zamanı dörd nəfərin həlak olduğunu bildirir.

Cümə günü zorakılıqla nəticələnmiş nümayişlərdən sonra, Amerikanın Körfəz ölkələrindəki səfirliklərinin bağlı qaldığı bildirilir. Bahreyndə 200-ə yaxın məktəb şagirdləri, “Amerikaya ölüm” şüarlarını qışqıraraq, Amerikanın bu ölkədəki səfirliyi qarşısında polislə toqquşub. Onlar, Amerika səfirliyinin həmişəlik bağlanmasını və 5-ci Amerika donanmasının ölkədən çıxarılmasını tələb ediblər. ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi də bağlı olaraq qalıb. Bu gün Abu Dhabi və Dubai konslulluqları bağlı qalıb, lakin Abu Dhabidəki səfirlik işləyirdi.

Amerikanın Qahirədəki səfirliyi Cümə axşamından bəri bağlıdır, lakin onun Bazar günü açılacağı xəbər verilir. Bağdadda keçirilmiş mətbuat konfransında ölkənin İnformasiya naziri Məhəmməd Said Əs-Səhəf bildirib ki, Cümə günü həyata keçirilmiş raket hücumları nəticəsində 200 mülki əhali yaralanıb. Cənab əs-Səhəf, onların əksəriyyətinin qadın və uşaq olduqlarını iddia edib. Britaniya admıralı Michael Boyce, minlərlə İraqlı əsgərin təslim olduğunu bildirib. CNN onun sözlərinə istinadən xəbər verir ki, İraq ordusunun 51-ci diviziyası Bəsrə şəhərinə hücum etməyə hazırlaşan Britaniya əsgərlərinə bütövlükdə təslim olub. Təslim olunanların sayı 8 mindən 10 minə dək təxmin edilir. Bu arada Amerika Mərkəzi Komandanı general Tommy Franks, əlavə minlərlə İraqlı əsgərin təslim olduğunu açıqlayıb. Mərkəzi Komandanlığın nümayəndəsi, Yevfrat çayında strateji baxımdan əhəmmiyyətli olan Nəsiriyyə şəhərinin ələ keçirildiyini deyib. Amerika administrasiyasının nümayəndəsi CNN kanalına bildirib ki, xaricdə yaşayan İraq icmasının nümayəndələri, o cümlədən Kürd icmasının başçıları, İraq ordusunun elit dəstəsi olan “İraq respublikası mühafizəçiləri” ilə son 24-36 saat ərzində onların təslim olması barədə fəal danışıqlar aparırlar. Nümayəndə bilidirib ki İraq ordusunun üzvləri bu təklifi qəbul etməyə meyl göstəriblər, lakin həmin danışıqlar hələ də davam etməkdədir. Onun dediyinə görə Mərkəzi Kəşviyyat İdarəsi və Pentagon, bu danışıqlara nəzarət edir. Müdafiə naziri Rusmfeld bildirib ki, ABŞ İraqın hərbi qüvvələri ilə danışıqlar aparmaqdadır, lakin onun dediyinə görə, istənilən dərəcədə tərəqqi əldə edilməyib. Qatardakı Britaniya Mərkəzi Komandanlığı CNN kanalına bildirir ki, Britaniyanın iki hərbi vertolyotunun göydə toqquşması nəticəsində altısı Britaniyalı və biri Amerikalı əsgər həlak olub. Açıqlamada bu toqquşmanın səbəbinin İraq tərəfindən açılan atəşin olmadığı bildirilib. İki vertolyot, beynəlxalq sularda dənizə düşüb. Reuter agentliyi xəbər verir ki, bu gün səhər Bağdada əlavə beş raket dəyib. Raketlərin Bağdadın kənarında patladığı xəbər verilir. Britaniyanın İTN kanalı, özünə məxsus 3 televiziya jurnalistin İraqda itkin düşdüyünü bildirir. Verdiyi açıqlamada İTN bildirir ki, jurnalistlər Bəsrə şəhərinə hərəkət etdikləri zamanı, onlara atəş açılıb. Həmin qrupa aid bir jurnalistin yaralanmasına baxmayaraq, hadisə yerindən qaça bildiyi xəbər verilir. Asiya qitəsində Amerikanın başçılıq etdiyi İraqa qarşı müharibəyə e’tirazlarını bildirmək məqsədi ilə minlərlə adamın küçələrə çıxdığı bildirilir. 2 min adam Amerikanın İndoneziya paytaxtı Jakartadakı səfirliyi qarşısında nümayiş keçirib. Reuter xəbər verir ki, əhali baxımından dünyanın ən böyük Müsəlman ölkəsi olan İndoneziyanın siyasi və dini dairələri, İraqa qarşı uzun zamandır ki müharibənin əleyhinə çıxış edir. Cənubi Koreyada tələbələr və dini liderlər də daxil olmaqla 3 minə yaxın nümayişçi, müharibəyə qarşı e’tiraz aksiyası keçiriblər. Bir nümayişçi Reuterə verdiyi müsahibəsində deyib ki, Amerikanın hərəkətləri, onun Şimali Koreyaya da qarşı BMT-nin qətnaməsi olmadan müharibə başlaya biləcəyini sübut edir. Yeni Zelandiyanın paytaxtı Vellinqtonda 4 minə yaxın nümayişçi, Amerika səfirliyi binasına tualet kağızı atmışlar. Hindistanın Calcutta şəhərində 15 min adamın nümayiş keçirib.

Nyu York Times xəbər verir ki, İraqlılar Bağdadın ətrafında səngəllər qazaraq onları neftlə doldurduqlarından sonra nefti yandırıblar. Eyni zamanda İraq tərəfinin İraqın cənubundakı 9 neft quyusunu sabotaj ediblər. Dipomatiya dairələrindən daxil olan mühüm xəbərə əsasən, Fransa prezidenti Jacques Chirac bildirib ki, Fransa, ABŞ və Britaniyanın müharibədən sonrakı İraqı idarə etmələrinə icazə verəcək heç bir qətnaməni qəbul etməyəcək.

XS
SM
MD
LG