Accessibility links

Bağdadın 160 km yaxınlığında döyüşlər davam edir. - 2003-03-23


Koalisiya qoşunlarının Bağdadın 160 kilometrlik yaxınlığında olduğu, lakin ən azı üç məntəqədə güclü müqavimətlə üzləşdikləri bildirilir. Nəcəf, Nəsiriyyə və Britaniya əsgərləri tərəfindən Cümə günü ələ keçirilməsi bildirilən liman şəhəri Umm Qasr’da döyüşlərin davam etməsi xəbər verilir. Bu gün ABŞ və Britaniya təyyarələri Bağdadı iki dəfə bombalayıb. Bu arada Al-Jazeera kanalı, Amerikalı əsgərləri olduqları ehtimal edilən cəsədləri və 5 əsir Amerikalını göstərən kadrları yayımlayıb. İraqın vitse prezidenti Taha Yasin Ramadan bildirib ki onlar, İraqın cənubundakı Suk Aş-Şux məntəqəsində ələ keçirilib. Eyni zamanda, ABŞ Birgə Qərargahlar Rəisi general Richard Myers, iki koalisiya pilotunun Bağdad üzərindəki təyyarədən paraşutla atıldıqları barədə İraqın yaydığı mə’lumatı təkzib edib. Al- Jazeera, iki Amerikalı və ya Britaniyalı pilotun Dəclə çayının sahilində tapıldığını bildirir, lakin onları çəkdiyi kadrlarda göstərməyib.

XS
SM
MD
LG