Accessibility links

Ramsfild Amerika əsgərlərinin itkin düşdüyünü təsdiqlədi - 2003-03-23


Birləşmiş Ştatların yüksək səviyyəli rəsmi nümayəndələri bir qrup Amerika əsgərinin İraqın cənubunda yoxa çıxdığını təsdiqləyib. Rəsmi nümayəndələr bu açıqlamaları Əl-Cəzirə tele-şirkəti əsirlər və qətlə yetirilmiş əsgərlər olduğu deyilən Amerikalıları göstərdikdən sonra vermişlər. CNN teleşirkətinə verdiyi müsahibədə müdafiə naziri Donald Ramsfild “İraq tərəfə hansı müraciəti göndərmək istərdiniz” sualının cavabında söylədi: “Biz istərdik ki, onlar Cenevrə konvensiyasına uyğun olaraq, biz İraq əsirlərilə necə rəftar ediriksə, onlar da Amerika əsgərlərinə eyni münasibət göstərsinlər.” Bundan əvvəl, CBS teleşirkəti üçün müsahibə verən cənab Ramsfild bildirdi ki, əgər bu həqiqətən də, Amerika əsgərləridirsə, onların televiziyada göstərilməsi beynəlxalq qanunun pozulmasıdır deməkdir. “Cenevrə Konvensiyasında göstərilir ki, müharibə əsirlərinin foto-şəkillərinin çəkilməsi, onların təhqir edilməsi, ya da alçaldılması qadağandır.” Donald Ramsfild video kaseti İraq təbliğatı adlandırmışdır. “Mənə elə gəlir ki, kim olduqları bilinməyən adamların bir neçə şəklini göstərməklə və mənim ən yaxşı mənbə hesab etmədiyim Əl-Cəzirə ilə göstərilməsi İraq təbliğatının bir hissəsidir.” ABŞ müdafiə naziri habelə İraqın koalisiya qüvvələrinə məxsus təyyarənin salındığını haqda iddialarını rədd etmişdir.

XS
SM
MD
LG