Accessibility links

Koalisiya qüvvələrinin hərbi təyyarələri Bağdad və İraqın şimalında ərazilərə zərbələr endirməyə davam edirlər - 2003-03-24


Koalisiya qüvvələri İraq prezidenti Səddam Hüseynin sarayını atəşə tutduqca Bağdad partlayışlardan lərzəyə gəlir. Britaniya hərbi qüvvələrinin nümayəndəsinin bildirdiyinə görə, hərbi təyyarələr hərbi ləvazimatın saxlandığı anbarlar, baraklar və rabitə obyetkləri kimi strateji obyektlərə hücum edirlər. Birləşmiş Şttaların xüsusi qüvvələrinin əsgərləri regiona gəlməyə davam etdikcə koalisiya qüvvələrinin hərbi təyyarələri İraqın şimalında neft istehsal mərkəzi olan Kərkük yaxınlığındakı obyektləri partlatmışlar. Bə’zi döyüşlərdə koalisiya əsgərləri İraq respublikası mühafizəçilərinin qüvvələrilə mübarizə aparırlar. İraq Amerikanın Apaçi tipli iki vertolyotunun vurulub salındığını bildirir. İraq televiziyasında Bağdaddan cənubda Kərbəla şəhəri yaxınlığında istiqamətləndirilmiş raketlə silahlanmış vertolyot göstərilmiş və onun uçuş hey’ətinin əsir götürüldüyü xəbər verilmişdir. Pentaqonun rəsmi nümayəndələri Apaçi tipli vertolyotun yoxa çıxdığını təsdiqləmiş, lakin onun uçuş hey’əti, ya da ikinci vertolyot haqda mə’lumatın olmadığını bildirmişlər. Koalisiya qüvvələrinin tankları və əsgləri Küveytdən Bağdada qədər məsafənin üçdə iki hissəsini qət edə bilmişlər.

XS
SM
MD
LG