Accessibility links

Ağ Ev Rusiyanın İraqa çox mühüm hərbi avadanlıq satdığına dair əsaslı dəlillərin mövcud olduğunu bildirir - 2003-03-24


Ağ Evin mətbuat katibi Ari Fleyşer bildirdi ki, administrasiya Rusiya şirkətlərinin İraqa gecə görmə cihazları, tanklara qarşı raketlər, habelə Birləşmiş Ştatların hərbi təyyarələri, ya da qanadlı raketlərin uçuşuna mane yaratmaq üçün istifadə edilə biləcək elektron cihazlar satdığına dair dəlillərə malikdir. Cənab Fleyşer bu hərbi ticarətin narahatlıq doğurduğunu və Buş administrasiyasının öz narahatlığını və bununla yanaşı, həmin satışlara dərhal son qoyulması tələbini aydın şəkildə Moksvaya çatdırdığını söyləmişdir. Moksva həqitətən də bu satışı həyata keçiribsə, bu, BMT-nin İraqa silah satışına qoyduğu embarqonun pozulması deməkdir. Rusiya hökumətinin nümayəndəsi Alkesey Volin Ağ Evin iddialarını rədd edərək bildirib ki, Moksva İraqı nə silahlara, nə də silah sistemləri tə’min etməyib və BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına dəqiq əməl edib. Rusiya İraq prezidenti Səddam Hüseyni hakimiyyətdən devirmək və onu hərbi yolla tərksilah etmək üçün Birləşmiş Ştatların İraqa müdaxilə etməsinin əleyhinə idi. Fransa və Çinlə bir yerdə Rusiya bildirir ki, prezident Buş İraqın dinc yolla tərksilah edilməsi üçün BMT-nin silah müfətişlərinə daha artıq vaxt verməlidir. Bundan əvvəl Ağ Ev Moksva ilə gərginlikərin əhəmiyyətini azaldaraq bildirmişdi ki, prezident Buş İraq məsələsinə görə fikir ayrılqılarının Amerika-Rusiya münasibətlərinə tə’sir göstərməsinə imkan verməyəcək.

XS
SM
MD
LG