Accessibility links

Iraqla müharibə və onun regional təsirləri - 2003-03-27


Bağdad üzərində iki günlük qum tufanından sonra yenə də hərbi hava hücumu siqnalları səslənir. Dünya ölkələrində Amerikanın İraqa qarşı hərbi kampaniyası əleyhinə e’tiraz nümayişləri dayanmaq bilmir. Prezident Buş Amerikanın ən yaxın müttəfiqi Britaniyanın baş naziri Toni Bleyerlə görüşdü. Birləşmiş Ştatlar prezidenti nə qədər uzun çəksə də, Səddam Hüseynin hakimiyyətdən devrilməsi üçün müharibənin davam etdiriləcəyinə söz verdi. Bu gün martın 27-i İraqla müharibənin 8-ci günüdür. İraqla müharibə və onun regional tə’sirləri mövzusunda dəyirmi masa söhbəti. Müzakirələrdə Vaşinqtonda Amerika-Azərbaycan şurasının prezidenti Ceyhun Mollazadə, Bakıda isə poliitoloq Tofiq Zülfuqarov iştirak edirlər.

XS
SM
MD
LG