Accessibility links

Moskva İraq böhranının sülh yolu ilə həllinə çağırıb - 2003-03-28


Prezident Putin BMT-nin Təhlükəsizlik Şurası vasitəsi ilə İraqda gedən müharibəyə son qoyulması və məsələnin sülh yolu ilə həllinə çağırıb.Cənab Putin Rusiya parlamentinin aşağı palatası-Dumanın siyasi partiya liderləri qarşısında demişdir ki, bu müharibə qlobal sabitliyə hədə, beynəlxalq qanunlara ziddir. Prezident bu müharibəni Soyuq müharibədən sonra ən ciddi böhran adlandırmışdır. O demişdir ki, beynəlxalq ictimaiyyətin borcu bu himanitar fəlakətin qarşısını almaqdır. Moskva prezident Səddam Hüseynin hakimiyyətdən salınması və İraqın tərksilahına nail olunması üçün silahdan istifadə edilməsinin qətiyyətlə əleyhinə idi. Putin demişdir ki, beynəlxalq qanunlar , onun sözləri ilə deyilsə, “yumruq qanunlarına” çevrilməməlidir. Prezident əlavə etmişdir ki, belə olmuş olsa, beynəlxalq suverenlik risk qarşısında gala bilər. Rusiyanın xarici işlər naziri İqor İvanov da həmçinin, bu gün Hindistan və Livanın hökumət nümayəndələri ilə keçirdiyi ayrı-ayrı görüşlərdə İraq böhranının sülh yolu ilə həllinə dair təzyiqlərini davam etmişdir.

XS
SM
MD
LG