Accessibility links

Corc Buş:  Zəfər qətidir! - 2003-03-29


Prezident Buş Həftəlik radio müraciəti zamanı Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin hal-hazırda İraqın paytaxtı Bağdadın 80 kilometrliyində olduqları və paytaxta yaxınlaşdıqlarını deyib. Prezident indi İraqın kiçik bir hissəsinin Səddam Hüseynin nəzarəti altında olduğunu bildirib. O deyib ki, müttəfiq qoşunlar və İraq ordusunun ümidlərini itirmiş əsgəri birlikləri arasında qızğın döyüşlər gedir. lakin zəfər qətidir. Prezident İraq qüvvələrinin son döyüşlərini “ölməkdə olan rejimin qəddar təbiətinə əyani sübut” adlandırıb. Amerika prezidenti deyib ki, müharibəcinayətkarlarını əməllərinə görə ağır cəzalar gözləyir.

XS
SM
MD
LG