Accessibility links

İraqın Elitar Respublikaçı Qvardiyası məhv edilib - 2003-04-02


Koalisiya qüvvələri İraqın Elitar Respublikaçı Qvardiyasının Bağdad diviziyasını məhv ediblər. Bu barədə Birləşmuiş Ştatların hərbi şəxsləri bildirirlər. Birləşmiş Ştatların Mərkəzi Komandanlığının rəsmi nümayəndəsinin dediklərinə görə İraq paytaxtının cənubşərqindəki Əl-Küt şəhəri yaxınlığındakı hücumlardan sonra diviziya darmadağın edilib. Bölgədən gələn xəbərlərdə bildirilir ki, Amerikanın dəniz desantçıları Dəclə çayı üzərindəki körpünü ələ keçirərək Əl-Kütdən Bağdada gedən əsas şosse yoluna nəzarət edirlər. Kolaisiyanın digər güvvələri Bağdadın cənubundakı Kərbəla şəhəri ətrafında mövqe tutan respublika qvardiyasının diviziyalarına hücum ediblər. İraqın informasiya naziri Birləşmiş Ştatlar qüvvələrinin Kərbala və Əl-Küt istiqamətində irəliləməsi xəbərlərinin yalan olduğunu deyib. Lakin amerika qüvvələrilə birlikdə olan reportyorlar ABŞ qüvvələrinin İraq paytaxtının 30 kilometrliyinə qədər irəlilədiyini bildirirlər.

XS
SM
MD
LG